...

Natiq Əliyev: Türkiyənin Botas şirkəti BTC Co-ya $400 milyonluq iddia irəli sürüb

Siyasət Materials 30 Mart 2006 12:50 (UTC +04:00)
Natiq Əliyev: Türkiyənin Botas şirkəti BTC Co-ya $400 milyonluq  iddia irəli sürüb

Hazırda Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin tikintisi üzrə işlər boru kəmərini mayın 27-nə kimi başa çatdırmaq və istismara vermək şərtilə aparılır. Bu barədə Trend ə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Boru kəmərinin rəsmi açılış mərasimi bu il iyunun sonlarında da keçirilə bilər. "Bu, açılış mərasimində iştirak edəcək şəxslərin qrafikindən asılıdır. Belə ki, tədbir ən yüksək səviyyədə keçiriləcək", - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, hazırda boru kəmərinin Türkiyə ərazisindəki hissəsinin tikintisini həyata keçirən Türkiyənin Botaş şirkətinin BTC Co-ya $400 mln. məbləğində iddiası var. Şirkət bəyan edir ki, işlərin gedişində boru kəmərinin marşrutunda dəyişiklik edilib. Bu da şirkət ilə əlaqəsi olmayan yubanmalara səbəb olub, əlavə avadanlıq almaq lazım gəlib ki, bu da maya dəyərinin artmasına gətirib çıxarıb.

N.Əliyevin qeyd etdiyinə görə, Türkiyə şirkəti BTC Co üzrə tərəfdaşlarından hələ qaytarmalı olacağı $190 mln. məbləğində kredit alıb. Kəmərin Türkiyə ərazisindəki hissəsinin uzunluğu 1,4 min km-ə yaxındır.

Hazırda digər podratçıların da BTC Co -ya maliyyə iddiaları mövcuddur. N.Əliyevin sözlərinə görə, bu iddialar nəzərdən keçiriləcək və əsaslandırılacağı təqdirdə onlara vəsait ödəniləcək.

Xəbər lenti

Xəbər lenti