...

Gert Arens: "Təkrar seçkilərin demokratik və şəffaf keçiriləcəyinə inamım artıb"

Siyasət Materials 3 May 2006 20:29 (UTC +04:00)

Mayın 13-də parlamentə təkrar seçkilərin demokratik və şəffaf keçiriləcəyinə inamım artıb. Trend İTV-yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in müşahidə missiyasının rəhbəri Gert Arens bildirib.

S.Arens Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və bir sıra rəsmi şəxslərlə apardığı söhbətlərdən təkrar seçkilərə yüksək səviyyədə hazılıq aparıldığını gördüyünü bildirib. Noyabr seçkilərindən sonra hesabatları xatırladan G.Arens bildirib ki, Azərbaycan hökuməti bu hesabatlarda qeyd olunan nöqsanları təkrarlamamaq üçün çalışmalıdır.

Azərbaycan prezidenti İlham Əliyevin seçkilərin azad və demokratik keçirilməsi ilə bağlı verdiyi məlum sərəncamları xüsusi qeyd edən ATƏT-in müşahidə missiyasının rəhbəri yerli icra orqanlarının seçkilərə müdaxilə faktlarına may seçkilərində rast gəlməyəcəyinə inandığını bildirib.

Xəbər lenti

Xəbər lenti