...

Mübariz Qurbanlı: "Xarici mətbuatda çap edilən Azərbaycanla bağlı mənfi yazıların arxasında erməniləri müdafiə edən dairələr dayanır"

Siyasət Materials 4 May 2006 17:14 (UTC +04:00)

Xarici mətbuatda çap edilən Azərbaycanla bağlı mənfi yazıların arxasında erməniləri müdafiə edən dairələr dayanır. Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı jurnalistlərlə söhbətində bildirib.

Qeyd edək ki, ötən gün "Bi-Bi-Si" radiosu Azərbaycanla bağlı həqiqətə uyğun olmayan çıxışlar verib. Çıxışlarda Azərbaycandakı ictimai-siyasi durum pislənilib, təkrar seçkilərə hazırlığın aparılmadığı qeyd olunub, hətta Azərbaycan prezidentinin ABŞ-a səfərinə kölgə salınıb və s.

M.Qurbanlı qeyd edib ki, xaricdə erməni lobbiçiliyini həmayə edən bəzi dairələrin Azərbaycan iqtidarı haqqında qərəzi materiallar yaymaları birinci dəfə deyil: "Hesab edirəm ki, belə materiallar xarici ictimai rəydə Azərbaycana münasibəti mənfiyə doğru dəyirşdirməyəcək. Ancaq blununla paralel olaraq biz Azərbaycan haqqında müsbət yazıların da dərc olunduğunu müşahidə edirik".

YAP rəsmisi onu da vurğulayıb ki, Azərbaycanla bağlı xarici mətbuatda qərəzli yazıların işıq üzü görməsində Azərbaycanda fəaliyyət göstərən bəzi QHT və siyasi partiya rəhbərlərinin də rolu danılmazdır: "Bi-Bi-Si"nin Azərbaycanla bağlı yaydığı materialları qərəzli və böhtan hesab edirik. Materiallarda öz əksini tapan müddəaların heç biri həqiqətəuyğun gəlmir və qərəzlidir". M.Qurbanlı bildirib ki, belə materialları təhlil edib, cavab vermək üçün artıq vaxt yetişib.

Xəbər lenti

Xəbər lenti