...

Rəcəb Tayib Ərdoğan: Mənim İran prezidentinə deməyə sözüm var

Siyasət Materials 5 May 2006 11:05 (UTC +04:00)
Rəcəb Tayib Ərdoğan: Mənim İran prezidentinə deməyə sözüm var

Mənim İran prezidentinə deməyə sözüm var. Trend in Türkiyənin KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan Yunanıstandan Azərbaycana gələrkən təyyarənin göyərtəsində bəyan edib.

Onun sözlərinə görə, İran prezidenti Mahmud Əhmədinejatla görüş İran tərəfinin xahişi ilə bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət və hökumət başçılarının 9-cu görüşündən əvvəl baş tutacaq.

R.T. Ərdoğan xatırladıb ki, "Tehranın öz fəaliyyətinin şəffaflığını bəyan etməsinə baxmayaraq, MAQATE-nin rəhbəri Məhəmməd əl-Baradeyi bunun əksini deyir".

Türkiyənin baş naziri həmçinin, ABŞ dövlət katibi Kondoliza Raysın Ankaraya səfərinin yekunları barədə də danışıb. "K. Rays "sözarası" İran məsələsi ilə bağlı dəstək göstərilməsini xahiş etdi", -deyə R. T. Ərdoğan bildirib və K.Raysın fikirlərini İran dövlətinin başçısına çatdıracağını qeyd edib.

Bununla yanaşı, Türkiyənin Nazirlər Kabinetinin başçısının sözlərinə görə, Türkiyə ilə İranın münasibətlərinin dondurmasına səbəb yoxdur. "Bu məsələ ilə bağlı BMT-nin qərarı yoxdur", - deyə baş nazir bildirib və Ankaranın BMT TŞ-nın qərarlarına tabe olmağa hazır olduğunu bildirib.

Rəcəb Tayib Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə ilə İran arasında ticarət sövdələşmələrinin həcmi 5 milyard dollar təşkil edir. "Bizim qarşılıqlı münasibətlərimiz çoxəsrlik tarixə malikdir. Biz nəyin əsasında qarşılıqlı münasibətlərimizi dayandırmalıyıq? Bunun üçün konkret səbəblərin olması vacibdir",-deyə sonda R. T. Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti