...

Abbas Abbasov: Azərbaycan hökuməti quşçuluq müəssisələrinə tövsiyələr verib

Siyasət Materials 5 May 2006 15:18 (UTC +04:00)
Abbas Abbasov: Azərbaycan hökuməti quşçuluq müəssisələrinə tövsiyələr verib

Azərbaycan hökuməti ölkənin quşçuluq müəssisələrinə öz işinə daha məsuliyyətlə yanaşmaq barədə tövsiyələr verib. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov məlumat verib.

Nazir müavini həmçinin, hökumətin "quş qripi" təhlükəsi ilə əlaqədar bir sıra quşçuluq müəssisələrinin fəaliyyətini dayandırması barədə məlumatları da təkzib edib.

Onun sözlərinə görə, havaların istiləşməsi ilə əlaqədar bu təhlükə bir qədər azalsa da, tam zəifləməyib. A.Abbasov bu planda hökumətin vəziyyəti nəzarət altında saxlamaqda davam etdirdyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti