...

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının prezidenti Ümid Partiyasının sədri ilə görüşüb

Siyasət Materials 5 May 2006 17:50 (UTC +04:00)

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) prezidenti Daşqın Gülməmmədov mayın 5-də Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ilə görüşüb. Bu barədə Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) mətbuat xidmətindən bildiriblər.

D.Gülməmmədov millət vəkilinə Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi problemlərdən danışıb. İ.Ağazədə bildirib ki, yaxın vaxtlarda Milli Məclisdə Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin dövlət səviyyəsində həll olunması ilə bağlı məsələ qaldıracaq. Millət vəkili GAMA prezidentinə bildirib ki, soydaşlarımızın vəziyyəti ilə yaxından tanış olmaq və problemlərinin həll olunması üçün Gürcüstana deputat qrupunun ezam olunacağı da mümkündür.

D.Gülməmmədov millət vəkilinin nəzərinə çatdırıb ki, Azərbaycan dövləti Gürcüstanın "Yerli Düşüncə" qəzetinin foto-müxbiri Qacar Hüseynovun və Qardabani azərbaycanlılarının lideri Telman Həsənovun azad edilməsi ilə bağlı tədbirlər görməlidir. Onların azadlığa çıxarılmaması digər azərbaycanlıların həbslərə alınmasına gətirib çıxara bilər.

Xəbər lenti

Xəbər lenti