...

"Exit-poll" üzrə püşkatma keçirilib

Siyasət Materials 10 May 2006 14:13 (UTC +04:00)

Mayın 10-da Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Bakı ofisində Azərbaycanda mayın 13-də keçiriləcək təkrar parlament seçkilərində "exit-poll" keçirmək üçün püşkatma keçirilib. Trend in verdiyi məlumata görə, tədbirdə namizədələrinin bilavasitə 10 seçki dairəsində keçiriləcək seçkidə iştirak edəcək siyasi partiyaların nümayəndələri iştirak edib.

Püşkatmanın şərtlərinə görə, seçilən istənilən şəxsə yaşadığı yer üzrə seçki dairəsində "exit-poll" keçirməyə icazə verilmir. Belə hallarda püşkatma təkrar keçirilir.

Artıq mayın 10-da seçilmiş bütün şəxslər "exit-poll"un keçiriləcəyi yerdə olacaqlar. 3 gün ərzində onlar mini-seminarlar keçiricəklər. Həmçinin, əsas qrupun bu və ya digər səbəbdən seçkidə iştirak edə bilməyən üzvlərini əvəz etmək üçün ehtiyat 20 nəfər müəyyən olunub.

"Exit-poll"ların nəticələri səsvermə başa çatdıqdan 2-3 saat sonra açıqlanacaq. Məlumatlar rəsmi veb-saytda yerləşdiriləcək.

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən "exit-poll"un büdcəsi $150 min həcmində müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti