...

Bakıda Azərbaycan-Koreya biznes-forumu keçirilib

Siyasət Materials 11 May 2006 13:43 (UTC +04:00)
Bakıda Azərbaycan-Koreya biznes-forumu keçirilib

Azərbaycan-Koreya biznes-forumu çərçivəsində Azərbaycanın İxracın təşviqi və İnvestisiya Fondu (AZPROMO) ilə Koreya Ticarət-Sənaye Palatası arasında "Qarşılıqlı anlaşma haqqında" memorandum imzalanıb. Trend in verdiyi məlumata görə, sənəd tərəflərin üzərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə imkan verən, iki ölkənin biznes cəmiyyətləri arasında birbaşa əlaqələrin inkişaf etdirən öhdəliklər qoyur.

Koreyanın İxracın təşviqi aə İnvestisiyalar Agentliyinin prezidenti Xonq Ti Xua çıxışında Cənubi Koreyanın iqtisadi imkanlarından, iki ölkə arasında əməkdaşlığın perspektivlərindən danışıb.

"Sizin ölkəniz MDB ölkələri arasında ən dinamik inkişaf edən dövlətlərdən birinə çevrilir. ÜDM-in əhəmiyyətli artımı, ticarətin və birbaşa investisiyaların həcminin artması kimi sürətli artım göstəriciləri artıq əldə olunub", - deyə o bildirib. O, həmçinin, energetika və informasiya texnologiyalarını iqtisadi əməkdaşlığın cəlbedici sahələri adlandırıb.

AZPROMO prezidenti Emil Məcidov Azərbaycanda biznes-imkanları və investisiya mühiti barədə məlumat verib. Azərbaycanda investorlarla iş mexanizmləri, hüquqi qeydiyyat, lisenziyalaşdırma məsələlərində gömrük rüsumları və vergi dərəcələri üzərində xüsusi dayanıb.

AZPROMO -nun Müşahidə Şurasının sədri Çingiz Əsədullayev biznes-forumun yekunları üzrə Azərbaycanda Koreya investisiyalarının həcminin və iki ölkə arasında ticarət dövriyyəsinin artacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti