...

2006-cı ilin 4 ayında 4 kq-dan çox narkotik maddə dövrüyyədən çıxarılıb

Siyasət Materials 11 May 2006 20:47 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəis müavini Rafael İsmayılovun verdiyi məlumata görə, 2006-cı ilin 4 ayı ərzində şöbə tərəfindən 23 narkotik maddə alqı-satqısı faktı qeydə alınıb.

Bununla bağlı 23 nəfər məsuliyyətə cəlb olunub. İsmayılov onu da qeyd edib ki, mübarizə tədbirləri nəticəsində 4 kq-dan çox narkotik maddə dövrüyyədən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti