...

Koreya prezidenti Azərbaycana rəsmi səfərini başa vurub

Siyasət Materials 12 May 2006 17:53 (UTC +04:00)

Koreya Prezidenti Ro Mu-Hyun (Roh Moo-Hyun) mayın 12-də Azərbaycana üçgünlük rəsmi səfərini başa vurub. Trend in xəbər verdiyi kimi, hava limanında Koreya prezidenti və onun həyat yoldaşı Kvon Yanq-Suku (Kwon Yang-Suk) baş nazir Artur Rəsizadə və digər rəsmi şəxslər müşayişət edib.

Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirilib, hökumət nümayəndələri ilə geniş tərkibdə danışıqlar aparılıb. Həmçinin, ikitərəfli sənədlərin imzalanması mərasimi və dövlət başçılarının birgə brifinqi keçirilib. Koreya prezidenti hər iki ölkənin biznes dairələrinin nümayəndələri ilə işgüzar naharda iştirak edib, Səngəçal neft terminalının fəaliyyəti ilə tanış olub. Bakıda olduğu sonuncu gün Koreya prezidenti Milli Məclisdə olub və spiker Oqtay Əsədovla görüşüb. Səfər zamanı 10 ikitərəfli sənəd imzalanıb.

Koreya prezidenti Bakıdan Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.

Xəbər lenti

Xəbər lenti