...

Məzahir Pənahov: Seçkilərin ilkin nəticələri mayın 13-də axşam saatlarında məlum olacaq

Siyasət Materials 12 May 2006 18:13 (UTC +04:00)
Məzahir Pənahov: Seçkilərin ilkin nəticələri mayın 13-də axşam saatlarında məlum olacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mayın 12-də mətbuat konfransı keçirib. Trend in məlumatına görə, MSK sədri 13 mayda keçiriləcək təkrar seçkilərlə bağlı ətraflı açıqlamalar verib.

O, bildirib ki, təkrar parlament seçkisində 124 nəfər namizəd iştirak edir. Qeyd edək ki, seçki bületenləri çap olunandan sonra bəzi namizədlər seçki prosesindən uzaqlaşıblar. M.Pənahov qeyd edib ki, seçki bülletenlərində onların adlarının üstündən xətt çəkiləcək, həm də seçicilərin məlumatlandırılması üçün məntəqələrdə yazılı izahatlar asılacaq. MSK sədri bildirib ki, seçkiləri izləmək üçün 165 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Yerli müşahidəçilərin isə sayı ümumilikdə 6500 nəfərə yaxındır. 1161 nəfər MSK-da, 4423 nəfər dairə seçki komissiyalarında qeydiyyata alınıb.

Səhər saat 7.00-da mətəqə seçki komissiyalarının sədri məntəqələri açacaq, axşam saat 19.00-da isə bağlayacaqlar. Məntəqə bağlanandan sonra içəridə olan vətəndaşların səsverməsi davam etdiriləcək.

M.Pənahov qeyd edib ki, səslərin sayılması və protokolların tərtib edilməsi müşahidəçilərin iştirakı ilə aparılmalıdır. Onun sözlərinə görə, axşam saat 10.00-dək seçkilərin ilkin nəticələri məlum olacaq. MSK səsvermə başa çatdıqdan sonra iki gün ərzində bütün protokolları əldə edəcək, həmçinin 3 gün ərzində komissiyaya daxil olan şikayətlərə baxacaq. Protoklların yoxlanılması, şikayətlərin araşıdrılması prosesi üçün ümumilikdə MSK-ya 20 gün vaxt ayrılıb. Bu müddət ərzində MSK hansısa məntəqələrin, yaxud ümumilikdə dairələrin nəticələrini ləğv edə bilər. Bütün bu işlər başa çatdıqdan sonra nəticələr Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkilərin yekun nəticələrinin təsdiq olunması barədə qərar çıxaracaq.

Xəbər lenti

Xəbər lenti