...

AŞPA-nın 18 müşahidəçisi 8 seçki dairəsində səsvermənin monitorinqini keçirəcək

Siyasət Materials 12 May 2006 21:04 (UTC +04:00)

AŞPA-nın 18 müşazhidəçisi 8 seçki dairəsində səsvermənin monitorinqini keçirəcək. Bu barədə, Trend agentliyinin "ATV" telekanalına istinadən yaydığı məlumata əsasən, AŞPA-nın Azərbaycanda təkrar parlament seçkiləri üzrə müşahidəçi missiyasının rəhbəri Leo Platvoyet jurnalistlərə bildirib.

"Sabahkı səsverməni AŞPA-nın 18 müşahidəçisi izləyəcək və bizimlə yanaşı monitorinqdə Azərbaycanın hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək" - deyə L. Platvoyet qeyd edib.

"Mənim fikrimcə, müşahidələr nəticəsində bizdə vəziyyət haqqında tam təsəvvür yaranacaq. Biz seçkilərin nəticələrini deyil, səsvermə prosesini araşdırırıq" - deyə o vurğulayıb.

"Müsbət dəyişikliklər göz qabağındadır. Xüsusilə, Mərkəzi Seçki Komissiyasının Venesiya Komissiyasına ünvanladığı məktubu qeyd etmək lazımdır. Həmin məktubda MSK Seçki Məcəlləsinə dəyişikliklər edilməsi üçün Venesiya Komissiyasından texniki dəstək istəyib" - deyə L. Platvoyet bildirib.

Xəbər lenti

Xəbər lenti