...

Azərbaycan XİN başçısı Strasburq və Kiyevə səfər edəcək

Siyasət Materials 16 May 2006 14:03 (UTC +04:00)

Mayın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqa yola düşəcək. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Səfərdə məqsəd - mayın 18-20-də Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak etməkdən ibarətdir. Nazir, həmçinin, bir sıra görüşlər keçirmək, o cümlədən AŞ-nin məsul şəxsləri ilə də görüşmək niyyətindədir. E.Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrləri və erməni həmkarı Vardan Oskanyanla məsləhətləşmələr aparacağı da nəzərdə tutulur.

E.Məmmədyarov Fransadan Ukraynaya yola düşmək niyyətindədir. Mayın 22-də Kiyevdə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) xarici işlər nazirləri Şurasının iclası, mayın 23-də isə təşkilatın sammiti keçiriləcək.

Xəbər lenti

Xəbər lenti