...

Məşvərət Məclisi təkrar seçkilərin nəticələrini yüksək qiymətləndirib

Siyasət Materials 18 May 2006 14:01 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisi mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələrini yüksək qiymətləndirib. Bu barədə Trend ə Məşvərət Məclisinin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə bildirib ki, Məşvərət Məclisinə daxil olan partiya sədrlərinin növbəti toplantısında təkrar seçkilərin nəticələri müzakirə edilib: "Seçkiləri izləyən beynəlxalq təşkilatların və Məşvərət Məclisi tərəfindən ayrılan müşahidəçilərin rəylərinə əsaslanaraq seçkilərin demokratik və şəffaf keçirildiyi qənaətinə gəldik. Bununla bağlı Məşvərət Məclisi adından bəyanat qəbul etdik".

M.Əlizadə onu da bildirib ki, prezident İlham Əliyevin seçki prosesinin təkmilləşdirilməsi ilə bağlı verdiyi məlum sərəncamların yerlərdə yerinə yetirilməsi demokratiyanın və şəffaflığın qorunması deməkdir: "Düzdür, hər seçkidən sonra məğlubiyyətə uğrayan müxalifət nümayəndələri seçkilərin şəffaf keçirilmədiyini iddia edirlər. Lakin onların fikrləri obyektivdliyi əks etdirmir. Seçkilər ədalətli və şəffaf keçirilib".

Xəbər lenti

Xəbər lenti