...

XİN başçısının müavini:Azərbaycan üçün standartlaşdırma üzrə bir struktur kifayətdir

Siyasət Materials 18 May 2006 14:48 (UTC +04:00)
XİN başçısının müavini:Azərbaycan üçün standartlaşdırma üzrə bir struktur kifayətdir

Azərbaycanın Xarici İşlər Nazirliyi standartlaşdırma sisteminin təkmilləşdirilməsi sahəsində Azərbaycana texniki yardım göstərilməsi üçün bir sıra ölkələrlə danışıqlar aparır. Bu barədə Trend xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Azərbaycanın Standartlaşdırma və Sertifikatlaşdırma üzrə Agentliyi ilə yeni qanunun hazırlanması üzrə işlər aparılır.

"Standartlaşdırma sistemi Ümumdünya Ticarət Təşkilatının üzvləri ilə aparılan danışıqların əsas mövzusudur. Onların standartlaşdırma və sertifikatlaşdırma ilə bağlı bir sıra suallar və tövsiyələri var. Hazırda Nazirlik Agentliyin bu sahədə əlavə strukturun yaradılması ilə biğlı təklifini nəzərdən keçirir.

"Düşünürəm ki, Azərbaycan kimi elə də böyük olmayan ölkə üçün standartlaşdırma üzrə təkcə bir strukturun olması kifayətdir. Baxmayaraq ki, bir çox ölkələrdə, dövlət strukturları ilə yanaşı məhsulların keyfiyyətinə nəzarəti özəl təşkilatlar da aparır. Ola bilsin ki, belə praktika Azərbaycanda da tətbiq olunsun", - deyə M.Məmmədquliyev məlumat verib.

Xəbər lenti

Xəbər lenti