...

AŞPA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 24 May 2006 16:36 (UTC +04:00)

AŞ Parlament Assambleyasının həmməruzəçiləri Andres Herkel və Andreas Qrossun Azərbaycana səfər proqramı açıqlanıb. AŞ-ın Bakıdakı informasiya ofsindən Trend ə verilən məlumata əsasən, həmməruzəçilər Bakıya mayın 25-də gələcək, lakin səfərin rəsmi proqramı mayın 26-da başlanacaq.

Cümə günü Baş prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Mərkəzi Seçki Komissiyasında görüşlər keçiriləcək, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndələri ilə müzakirələr aparılacaq. Şənbə günü qeyri-rəsmi görüşlər keçiriləcək.

Səfər bazar ertəsi, mayın 29-da başa çatacaq.

Səfərin yekunlarına əsasən həmməruzəçilər Azərbaycandakı seçki vəziyyəti ilə bağlı məruzə hazırlayacaq. Bu məruzə iyunun sonunda Strasburqda keçiriləcək AŞPA sessiyasında müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti