...

Quş əti və yumurta əsgərlərin qida rasionuna iyul ayında bərpa olunacaq

Siyasət Materials 24 May 2006 16:45 (UTC +04:00)

Azərbaycandakı hərbi hissələrdə quş əti və yumurta qida rasionuna iyul ayında bərpa olunacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

"Quş əti və yumurta bir neçə ay əvvəl quş qripinin yayılması ilə əlaqədar əsgərlərin qida rasionundan çıxarılıb. Artıq məlum olduğu kimi, bu xəstəliyə yoluxma təhlükəsi yoxdur. Hazırda isə ordunun ərzaqla təminatı ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən tender elan olunub. Həmin qidalar arasında quş əti ilə yumurta da var. İyul ayında tenderin nəticələri bəlli olacaq, quş əti və yumurta da həmin ay əsgərldərin qida rasionuna yenidən daxil ediləcək" - deyə İ.Verdiyev söyləyib.

Xəbər lenti

Xəbər lenti