...

Aleksey Yefimov: "Birinci Kanal"ın Qafqaz və Mərkəzi Asiya ölkələri üçün yayımının 90%-i əvvəlki kimi saxlanılacaq

Siyasət Materials 24 May 2006 19:25 (UTC +04:00)
Aleksey Yefimov: "Birinci Kanal"ın Qafqaz və Mərkəzi Asiya ölkələri üçün yayımının 90%-i əvvəlki kimi saxlanılacaq

Rusiyanın "Birinci Kanalı" Rusiyanın digər kanalları arasında ilk dəfə olaraq yaxın xaricdəki tamaşaçılar üçün xüsusi telelayihənin həyata keçiriləmsinə başlayıb. "Birinci Kanal" 20 günlük sınaq yayımının yekunları üzrə mayın 24-də Qafqaz və Orta Asiya dövlətləri Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Gırğızıstan, Tacikistan və Özbəkistan üçün xüsusi nəzərdə tutulmuş kanalın lisenziyalı variantının işə başlamasını rəsmi bəyan edib.

Trend in Moskvadakı müxbirinin bildirdiyinə görə, bu gün kanalın beynəlxalq yayım direktoru Aleksey Yefimov mətbuat konfransında deyib ki, yayımın 90%-i əvvəlki kimi qalacaq. Qafqaz və Orta Asiya dövlətləri üçün yayımda lisenziyanın olmaması üzündən yalnız qarşıdakı futbol üzrə dünya çempionatı və "Disney" cizgi filmləri ixtisara düşəcək.

"Vremya" verilişi əvvəlki 22:00 əvəzinə saat 20:00-da efirə gedəcək. 20:00, araşdırmalara əsasən, ən optimal vaxt kimi seçilib.

"Birinci Kanal"ın yeni variantının verilişlər proqramı hər respublikanın saat qurşağına uyğunlaşdırılıb. Kanal ən tanınmış telelayihələri, o cümlədən, KVN, "Fabrika Zvyozd", "Çto? Qde? Koqda?", "Pust qovoryat" və sair verilişləri saxlayıb.

Xəbər lenti

Xəbər lenti