...

Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 30-da keçiriləcək

Siyasət Materials 26 May 2006 17:41 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 30-da keçiriləcək. Trend xəbər verir ki, bu iclasdan sonra deputatlar tətilə çıxacaq.

Mayın 12-də Milli Məclisin daxili nizamnaməsinə edilən dəyişikliyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin birinci hissəsinin birinci abzasına uyğun olaraq ali qanunverici orqan hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-dən başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-dan başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət gününə düşərsə, sessiyas bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Yaz sessiyasının sonuncu iclasında bir sıra qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tululub.

Xəbər lenti

Xəbər lenti