...

Arif Qaraşov: "İpoteka haqqında" qanuna dəyişikliklər edilə bilər

Siyasət Materials 30 May 2006 18:55 (UTC +04:00)
Arif Qaraşov: "İpoteka haqqında" qanuna dəyişikliklər edilə bilər

İpoteka kreditlərinin verilməsində müəyyən çətinliklər yaranır. Trend agentliyinin məlumatına əsasın, Dövlət Daşınmaz Əmlakının Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov deyib ki, çətinlik ondan ibarətdir ki, ipoteka krediti götürmək istəyən şəxslərin əmlakı yoxdur.

Onun sözlərinə görə, əhali yerli dövlət qeydiyyatı orqanları tərəfindən əmlakın qeydiyyata alınmasından sonra ipoteka kreditləri ala bilər.

Bu problemin həlli ilə bağlı iş aparılır və respublika rəhbərliyi tərəfindən təkliflərə baxıldıqdan sonra qanunda müvafiq dəyişikliklər ediləcək.

Dövlət xidmətinin rəhbəri bildirib ki, əsas məqsəd respublika ərazisində vahid qeydiyyatın aparılmasıdır. Bu proses artıq aprelin 3-dən başlayıb.

Azərbaycan İpoteka Fondunun sərəncamında 2005-2006-cı illərdə dövlət büdcəsindən ayrılmış 130 mlrd. manat var. Prezidentin sərəncamına əsasən, bir borc alanın limiti 30 min yeni manatdır. Bu il ərzində təxminən 1000 ipoteka krediti vermək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti