...

DİN əməkdaşları üçün insan hüquqlarına dair ümumilikdə 3.507 tədbir keçirilib

Siyasət Materials 1 İyun 2006 15:50 (UTC +04:00)

Azərbaycanın Daxili İşlər Nazirliyinin əməkdaşları üçün 2005-ci ildə və 2006-cı ilin 5 ayı ərzində insan hüquqlarına dair ümumilikdə 3.507 tədbir keçirilib. Bu barədə Trend ə DİN Baş Kadrlar İdarəsindən məlumat verilib.

Müxtəlif kurslar, seminarlar və toplanışlar insan hüquqlarının aliliyi prinsiplərinin şəxsi heyətə təlqin edilməsində böyük rol oynayır və DİN rəhbərliyi bu sahəyə böyük diqqət ayırır.

Daxili işlər orqanlarında çalışan əməkdaşların həmçinin peşə hazırlığını artırmaq məqsədi ilə DİN-in tədris müəssisələrində təlqin olunan tədrisin proqramı beynəlxalq standartlara uyğunlaşdırılıb.

Həmçinin Daxili İşlər Nazirliyi 2006-2007-ci tədris ili üçün Polis Akademiyasına Polis Akademiyasına tələbə qəbulu ilə əlaqədar sənəd qəbulunu da başa çatdırıb.

DİN Baş Kadrlar İdarəsi ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslərin, 2006-cı ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçıların, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərin sənədlərini qəbul etməyib.

Yaxın günlərdə isə abituriyentlər fiziki hazırlıq, xüsusi həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçəcəklər.

Xəbər lenti

Xəbər lenti