...

Daşkəsən rayonunda yeni abadlıq işləri aparılır

Siyasət Materials 13 İyun 2006 18:23 (UTC +04:00)

Daşkəsən rayon icra hakimiyyətindən verilən məlumata görə, regionların sosial iqtisadi inkişafına uyğun olaraq rayon mərkəzində bir sıra abadlıq işləri aparılır. Bura kanalizasiya xətlərinin təmiri və yeni su xəttinin çəkilişi daxildir. Məlumata əsasən, rayonda 14 km kanalizasiya xətti yeni 160 mm-lik boru ilə əvəz olunub.

Bundan başqa, 12 km su xətti çəkilib ki, bunun da nəticəsində Qoşqar dağından gələn su artıq raoyn mərkəzinə rahat paylana bilir. İcra hakimiyyətindən onu da bildirdilər ki, abadlıq işləri bundan sonrada davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti