...

İKT XİN başçılarının 33-cü sessiyasının proqramı açıqlanıb

Siyasət Materials 16 İyun 2006 16:38 (UTC +04:00)

İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iyunun 19-20-də Bakıda keçiriləcək iclasının proqramı açıqlanıb. Bu barədə Trend sessiyanın təşkilat komitəsinə istinadən məlumat verir.

Sessiyanın ilk gününün proqramına Azərbaycan prezidenti İlham Əliyevin, İKT XİN başçılarının 32-ci sessiyasının sədri, Yəmənin xarici işlər naziri Əbu Bəkir Əl Girbinin, təşkilatın baş katibi Ekmeleddin İhsanoğlunun, Malayziya XİN başçısı Daduk Seri Seyid Həmid Əlbəranın, o cümlədən Afrika, Asiya və Ərəb ölkələri nümayəndələrinin çıxışları daxildir.

İşçi qaydada təşkilatın XİN başçılarının 33-cü sessiyasının sədri seçiləcək. Sessiyanın birinci gününün gündəliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da çıxışı daxildir. Daha sonra sessiya işgüzar sessiyalarla davam etdiriləcək. Elə həmin gün sessiya çərçivəsində "Qarabağ: faktlar və nəticələr" kitabının təqdimat mərasimi keçiriləcək.

Sessiya öz işini iyunun 20 və 21-də davam etdirəcək. Yüksək vəzifəli qonaqlar üçün mədəni proqram da hazırlanıb. İçərişəhərə, Səngəçal terminalına və Heydər Əliyev Fonduna baş çəkilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti