...

AŞ baş katibi: "Həm Azərbaycan, həm də Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlı olmalıdır"

Siyasət Materials 27 İyun 2006 11:40 (UTC +04:00)

Avropa Şurasının baş katibi Terri Devis iyunun 26-da Strasburqda keçirilmiş mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasının tərəfdarı olduğunu bəyan edib. "AŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllinin tərəfdarıdır və həm Azərbaycan, həm də Ermənistan bunda maraqlı olmalıdır", - deyə baş katib vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağda təkcə ermənilər yox, azərbaycanlılar da yaşayıb.

Bununla yanaşı, T.Devis münaqişənin həlli prosesinin ləngiməsindən təəssüfləndiyini bilidirb. "Münaqişə tezliklə həll olunmalıdır. Ancaq burada zorakılıq yolverilməzdir. Onsuz da son illər hər iki tərəf çoxlu sayda itki verib. Mənim bu proseslərə münasibətim olduqca mənfidir və vurğulayıram ki, müharibə münaqişə tərəflərinə fəlakət gətirib", - deyə T.Devis bildirib.

Xəbər lenti

Xəbər lenti