...

Rusiya XİN-in Dağlıq Qarabağ üzrə qrupu "böyük səkkizliyin" sammitinə hazırlaşır

Siyasət Materials 5 İyul 2006 15:08 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə qrupu "böyük səkkizliyin" Sankt-Peterburqda keçiriləcək sammitinə hazırlaşır. Bu barədə Trend ə qrupdan məlumat verilib.

Burada qeyd ediblər ki, hazırda ATƏT-in Minsk qrupunun Rusiya tərəfdən həmsədri, səfir Yuri Merzlyakov təxminən iyulun 15-17-nə planlaşdırılmış görüş üzrə rəhbər dairələrdə iş aparır.

Qeyd edək ki, əvvəllər Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin rəisi Novruz Məmmədov Trend ə verdiyi müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınma prosesi, gözlənildiyi kimi, ABŞ və Rusiya tərəfindən "böyük səkkizliyin" Sankt-Peterburqda keçiriləcək sammiti çərçivəsində müzakirəyə çıxarılacaq. Ekspertlər isə istisna etmirlər ki, "böyük səkkizliyin" sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkə liderlərinin görüşü baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti