İt və pişiklər üçün veterinar, profilaktik-müalicəvi qida məhsullarının satışı ilə məşğul olan və mərkəzi "Royal Canin" Fransa şirkətinin yeni açılmış Bakı ofisi 2007-ci il üçün bir sıra uğurlu tədbirlər planlaşdırıb. Trend xəbər verir ki, bu barədə noyabrın 29-da Ambassador otelin konfrans zalında keçirilmiş ofisin açılış mərasimi və mətbuat konfransında şirkətin Azərbaycan üzrə distibrütoru Yelena Xarçеnko məlumat verib.
Yelena Xarçinko qeyd edib ki, baş ofisi Fransada yerləşən "Royal Canin"in bir sıra ölkələrdə nümayəndəlikləri var. Azərbaycanda bu şirkətin məhsuallarına maraq göstərilməsi şirkət rəhbərliyinin diqqətini çəkib və qərara alınb ki, belə bir filial Bakıda da yaradılsın. Onun sözlərinə görə, filial 9 aya yaxındır ki, fəaliyyət göstərir və "Bakı Soveti" metrostansiyası yaxınlığında ofisin ilk mağazası açılıb. Qısa müddət ərzində məhsullarla əlaqədar xeyli sifarişlər var. Şirkət artıq öz məhsullarını satışa çıxarıb, satışa çıxarılan bu məhsulların ilk partiyası profilaktik-müalicəvi və veterinar məhsullardır, məhsullara marağın yüksək səviyyədə olması müşahidə edilir.
"Biz çalışacağıq ki, "Royal Canin" bazarda uğurlu addımlarla addımlasın. Biz öz işimizə olduqca aktiv yanaşırıq və artıq qısa müddət ərzində bir sıra uğurlar əldə etmişik. 2007-ci ildə həyata keçirilməsi nəzərdə tutulan bir sıra planlarımız var. Bu planlardan biri yeni ilin başlanğıcında veterinarlar üçün seminar keçirməkdir. Bu seminarı keçirmək üçün Rusiyadan veterinar dəvət olunacaq. Həmçinin planımızda iki sərgi keçirmək də var. Bu sərgilərdən birincisi pişiklərlə, ikincisi isə itlərlə bağlı olacaq. Çalışacağıq ki, hər iki sərgi yüksək səviyyədə keçsin".
Y.Xarçеnko onu da bildirib ki, bəzilərinin fikrincə, məhsullar Fransadan yox, Rusiyadan gətirilir. Həmin şəxslər fikirləşirlər ki, əgər həmin məhsullar Fransadan gətirilərsə, bu zaman çox baha başa gələr. Lakin Xarçinko öz çıxışında bu şübhələrə son qoyub və bildirib ki, məhsulların əlverişli qiymətə və birbaşa Fransadan gətirilməsi işini qurmaq üçün firmanıvn Bakı ofisinin işçiləri 9 aya yaxın gərgin çalışıblar.
Tədbirdə həmçinin firmanın baş ofisinin Avropa və MDB ölkələri üzrə satış direktoru Olivyer Reymant çıxışında firmanın Bakı ofisinin açılmasından məmnunqluq duyduğunu bildirib. O, çıxışında qeyd edib ki, "Royal Canin"in məhsullarının Bakıdakı satışını "HSH" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) həyata keçirir. "Bu şirkət bizim Azərbaycan üzrə ekslüziv distibrütorumuzdur. "Royal Canin" barədə onu deyə bilərəm ki, şirkət 40 ilə yaxındır fəaliyyət göstərir və məhsulları dünyanın 100 ölkəsində satılır. Baş ofis Fransanın Emarq şəhərində yerləşir. Şirkətin 7 zavodu var, həmin zavodların ikisi Fransada, biri Argentinada, biri Braziliyada, biri Rusiyada, biri isə cənubi Afrikadadır. Hazırda isə şirkətin Kanadada, Venqriyada və Polşada daha üç daha zavodu inşa edilməkdədir və təqrilbən il yarım ərzində həmin zavodların inşası başa çatacaq. Bu zavodlar hazır olduqdan sonra şirkət zavod tikməklə bağlı daha iki layihəsini Çində və Yaponiyada həyata keçirəcək" - deyə o, qeyd edib. Onun sbzlərinə görə, şirkətin bütün zavodlarında məhsullar eyni texnologiya üzrə hazırlanır və məhsulların tərkibində hey bir fərq yoxdur.
Olivyer Reymant tədbir iştirakçılarının təqdim olunan məhsullarla əlaqədar, o cümlədən ev şəraitində saxlanılan pişiklərə və ev itlərinə qulluqla bağlı suallarını cavablandırıb.