...

AMB-nin baş direktoru: Azərbaycan Milli Bankı 2006-cı ilin sonunadək manat məzənnəsinin dəyişməsinin yumşaq siyasətini dəstəkləmək niyyətindədir

Siyasət Materials 2 Dekabr 2006 11:57 (UTC +04:00)
AMB-nin baş direktoru: Azərbaycan Milli Bankı 2006-cı ilin sonunadək manat məzənnəsinin dəyişməsinin yumşaq siyasətini dəstəkləmək niyyətindədir

2006-cı ilin yanvar-noyabr ayları ərzində milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsi ilin əvvəlindən 5,04% möhkəmlənib. Azərbaycan Milli Bankının baş direktoru Aftandil Babayevin Trend ə verdiyi xəbərə görə, ilin sonunadək AMB məzənnənin dəyişməsinin yumşaq siyasətini saxlamaq niyyətindədir.

"Bütün ixrac yönümlü ölkələrdə olduğu kimi, Azərbaycanda da ölkəyə valyuta axınının artması ilə əlaqədar milli valyutanın möhkəmlənməsi prosesi gedir. Bunu nəzərə alaraq manata təzyiq artır", - deyə A.Babayev hesab edir. Onun fikrincə, bu proses davam edəcək, yalnız gələn il makroiqtisadi sabitlik nöqteyi-nəzərindən məqbul çərçivələrdə məzənnənin dinamikası təmin olunacaq.

"Hər halda investorlar üçün vəziyyətin proqnozlaşdırılması mümkün olacaq. AMB-nin nəzarətindən kənar ciddi dəyişiklik və proseslərin olması nəzərdə tutulmayıb. Bu elə prosesdir ki, əvvəlcədən proqnoz vermək düzgün deyil. Biz dövlət büdcəsinin parametrlərini, ödəniş balansının proqnozunu, pul siyasətinin nizamlanması imkanlarını nəzərə alaraq öz potensialımızı qiymətləndiririk və lazımi çərçivələrdə manatın məzənnəsinin dəyişmə dinamikasını təmin edəcəyik", - deyə A.Babayev qeyd edib.

"2006-cı il ərzində AMB-nin ölkənin valyuta bazarında iştirakı 765 mln. ABŞ dolları təşkil edib. Beləliklə, biz ciddi bahalaşmanın qarşısını alırıq və 2006-cı ilin 9 ayının yekunu üzrə Azərbaycan prezidenti yanında keçirilən müşavirədə bu məsələyə xüsusi diqqət ayrılıb. Ona görə də bu məsələ AMB-nin diqqətindədir. Manatın kəskin möhkəmlənməsinin nə ilə nəticələnə biləcəyini nəzərə alaraq tədbirlər görülür", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti