...

Nazir: Azərbaycan Rusiyadan qaz alınmasından imtina edə bilər

Siyasət Materials 19 Dekabr 2006 13:16 (UTC +04:00)
Nazir: Azərbaycan Rusiyadan qaz alınmasından imtina edə bilər

Bu gün Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, əgər 2007-ci ildə Rusiyadan qaz alınması şərtləri Azərbaycanı qane etməsə, qaz idxalından imtina ediləcək. Bu barədə Trend xəbər verir.

Onun sözlərinə görə, Rusiyadan gələn qaz elektrik stansiyalarına ötürülür, əvəzində isə mazut ixrac edilir. Lakin idxal qazına qiymətlərin artması ilə əlaqədar mazut ixracına maraq azalır.

O bildirib: "Bir neçə il ölkə mazut ixracı və onun stansiyalarda qazla əvəz edilməsi ilə məşğul olub və bundan mənfəət əldə edib. Hazırda Rusiya qazın qiymətini qaldırıb. Ona görə biz baxacayıq ki, bundan sonra əməkdaşlığı davam etdirmək bizə sərfəlidir, ya yox. Belarus və Litva Rusiya qazının yeni qiymətlərilə razılaşıb, Azərbaycana 1 min m3 qaz üçün 230 dollar təklif olunub. Bu Azərbaycan üçün indi sərfəli deyil".

Nazir əlavə edib: "Əgər Rusiyadan idxal edilən qaz ucuz qiymətə olsa, biz əməkdaşılığı davam etdirərdik. Bu istiqamətdə danışıqlar davam edir və hələ başa çatmayıb. 2007-ci il yanvarın 1-nə qədər Azərbaycan Rusiyadan sütkada təxminən 15 mln.m3 qaz almaqda davam edəcək".

Xəbər lenti

Xəbər lenti