...

Gəncədə elektron qaz sayğaclarının yığılmasına fevraldan başlanılacaq

Siyasət Materials 8 Yanvar 2007 16:41 (UTC +04:00)

"Gəncə Cihaz" ATSC yeni elektron qaz sayğalarının yığılmasına fevral ayında başlayacaq. Bu barədə məlumatı Trendə müəssisənin baş mühəndisi Nizami Əsədov verib.

N. Əsədovun sözlərinə görə, istehsal üçün lazım olan avadanlıqların 25-30%-i artıq gətirilib. "Bu layihə Fransanın "Aktarius" şirkəti və "Qals Serviz" arasında bağlanan eksklüziv müqavilə əsasında reallaşır. Biz hazırda bu şirkətin hazır məhsullarının satılması və quraşdırılması ilə məşğuluq. Azəri Qazla bağlanan müqaviləyə görə Gəncə şəhərində 1000-ə yaxın Aktariusun kart sistemi ilə işləyən sayğaclar quraşdırılır" - Əsədov belə deyib.

Müsahib bildirib ki, bu sistemi işlədən abonentlər üçün həmin ərazidə iki kompüter sistemi istifadəyə verilib ki, onun köməyi ilə abonentlər həm kartlarına pul keçirə bilər, həm də öz istifadə balanslarına nəzarət edə bilərlər. Baş mühəndis onu da əlavə edib ki, həmin sistem yüksək sürətli internet xətti ilə təmin olunub.

Xəbər lenti

Xəbər lenti