...

Milli Məclis sədrinin müavini: "İndiyə qədər radikal mövqe tutan müxalifət partiyalarının bundan imtina etməsini müsbət qiymətləndiririk"

Siyasət Materials 1 Fevral 2007 16:33 (UTC +04:00)
Milli Məclis sədrinin müavini: "İndiyə qədər radikal mövqe tutan müxalifət partiyalarının bundan imtina etməsini müsbət qiymətləndiririk"

"Biz indiyə qədər radikal mövqe tutan müxalifət partiyalarının bundan imtina etməsini müsbət qiymətləndiririk." Trend in məlumatına görə, Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk iclasında belə deyib.

B.Muradova qeyd edib ki, iqtidar ölkədə güclü və konsturiktiv müxalifətin olmasını istəyir. "Çünki güclü iqtidarın güclü müxalifəti olmalıdır. Son dövrlərə qədər radikallıq nümayiş etdirən müxalifət partiyaları indi bunun heç bir effekti və nəticəsinin olmadığını görürlər. Ona görə də gec də olsa bundan imtina edirlər. Müxalifətin hakimiyyəti deyil, onun siyasətini dəyişmək xətti tutması müsbət qiymətləndirilməlidir ", -deyə B.Muradova qeyd edib.

Milli Məclis sədrinin müavini bildirib ki, gec-tez digər radikal müxalifət partiyaları da indi həyata keçirdikləri və hər şeyi inkar edən siyasətlərini dəyişməyə məcbur olacaqlar.

Xəbər lenti

Xəbər lenti