...

Azərbaycan müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

Siyasət Materials 5 Fevral 2007 12:50 (UTC +04:00)

Fevralın 5-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xilmətindən Trend ə bildiriblər ki, səfər Türkiyənin Baş Qərargah rəisi Yaşar Böyükkanıtın dəvəti ilə keçirilir. Səfər çərçivəsində Türkiyə prezidenti Əhməd Necət Sezər, baş nazir Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Vəcdi Könül, eləcə də Y.Böyükkanıtla görüşlər planlaşdırılıb.

Səfər fevralın 6-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti