...

Azərbaycan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xurşid Ənvəri qəbul edib

Siyasət Materials 8 Fevral 2007 20:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Xurşid Ənvəri qəbul edib. Bu barədə Trend xəbər verir.

Saxta dərmanlara qarşı mübarizə üzrə beynəlxalq konfransın işində iştirak etmək üçün Bakıya gəldiyini söyləyən Xurşid Ənvər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda böyük nailiyyətlərin əldə edildiyini vurğulayıb, İƏT ilə Azərbaycan arasında əlaqələrin daim genişləndiyini bildirib. Eyni zamanda, Pakistan-Azərbaycan ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən qonaq ötən il Pakistanın Baş naziri Şövkət Əzizin Bakıda Prezident İlham Əliyevlə keçirdiyi görüşün bu baxımdan mühüm rol oynadığını deyib. Ermənistanın Azərbaycana təcavüzü məsələsinə toxunan baş katib bu təcavüzün Pakistan xalqı tərəfindən qəti şəkildə pisləndiyini vurğulayıb.

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı sammitini məmnunluqla xatırladıb və həmin vaxt çox uğurlu ikitərəfli görüşlərin keçirildiyini, mühüm məsələlərin müzakirə edildiyini bildirib. Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu münasibətlərin həqiqi dostluq və qardaşlıq xarakteri daşıdığını söyləyib.

Xəbər lenti

Xəbər lenti