...

Vətəndaş Həmrəyliyi Partiyasında kadr dəyişikliyi edildi

Siyasət Materials 12 Fevral 2007 17:06 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin sərəncamı ilə partiya Siyasi Şurasının üzvü Samir Əsədli təşkilat şöbəsinin müdiri, Azər Caniyev isə sədr aparatının rəhbəri təyin ediliblər. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli bidirib ki, bu kadr dəyişikliyi VHP-də gənclərin irəli, yüksək vəzifələrə çəkilməsi xəttidir. S.Rüstəmxanlı məhz bu məqsədlə partiyanın dayaq postlarından olan təşkilat şöbəsi və Sədr Aparatına gəncləri rəhbər təyin edib. S.Əsədlinin sözlərinə görə, partiya üzvlərinin 60 faizini gənclər təşkil edirlər: "VHP yeganə partiyadır ki, əksər rayon təşkilatlarının rəhbərləri də gənclərdir".

O, əlavə edib ki, 2007-ci ildə VHP-nin yaradılmasının 15 ili tamam olur. Partiyanın Ali Məclisi bu təqvimi nəzərə alaraq 2007-ci ili VHP-çi gənclər ili elan edib.

Qeyd edək ki, müxalifətyönlü VHP-nin sədri millət vəkili S.Rüstəmxanlı keçmiş mətbuat və informasiya naziri və 2003-cü ildə keçirimiş prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti