...

Nazir: Azərbaycanda vergi sisteminin inkişafı üzrə yeni dövlət proqramının hazırlanması planlaşdırılıb

Siyasət Materials 13 Fevral 2007 14:32 (UTC +04:00)
Nazir: Azərbaycanda vergi sisteminin inkişafı üzrə yeni dövlət proqramının hazırlanması planlaşdırılıb

Azərbaycan Vergilər Nazirliyi beş illik dövrü əhatə edəcək vergi sisteminin inkişafı üzrə yeni dövlət proqramının hazırlanmasını planlaşdırıb. Vergilər naziri Fazil Məmmədovun Trend ə verdiyi məlumata əsasən, yeni proqrama tələbat bu il 2005-2007-ci illər üçün hesablanmış Azərbaycanda vergi adminstrasiyasının təkmilləşdirilməsi üzrə dövlət proqramının başa çatması ilə bağlı yaranıb.

Nazir hesab edir ki, proqramın 2005-2006-cı illər üçün qoyulmuş bütün tələbləri praktiki olaraq yerinə yetirilib.

"Yalnız bəzi texniki məqamları, həmçinin bu ildə tamamlanması planlaşdırılan elektron terminallarının quraşdırılması məsələləri qalıb", deyə nazir bildirib.

Dövlət proqramına əsasən, vergi orqanlarının olmadığı bütün adminstrativ regionlarda vergi terminallarının quraşdırılması planlaşdırılır. Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət idarəsinin rəhbəri Elçin Məmmədovun sözlərinə görə, ilin sonunadək 15 terminalın təhvil verilməsi nəzərdə tutulub, ümumilikdə respublika üzrə 65 terminalın quraşdırılması planlaşdırılıb.

"Artıq dislokasiya layihələri və yerləri təsdiqlənib. Xırdalanda tikinti başa çatmaq üzrədir. Bu məqsədlə vəsait ayrılıb, lakin hava şəraitindən asılı olaraq terminalların tikintisi gecikir", deyə E. Məmmədov qeyd edib.

Terminalların köməyilə vergi ödəyiciləri internet vasitəsilə vergi orqanlarına gömrük deklarasiyalarını göndərə bilər.

"Qazanc ondar ibarətdir ki, onlar gömrük orqanlarına gəlmədən deklarasiyaları təqdim edə bilər. Əgər deklarasiyada səhv olsa, POS-terminallar onları qəbul etməyəcək", deyə o, bildirib.

Dövlət proqramı çərçivəsində Vergilər Nazirliyi həmçinin vergi ödənişinə kart sisitemini də tətbiq etməyi planlaşdırıb. Yaxın gələcəkdə nağd olmayan hesaba keçmə ilə bağlı olan tədbirlər çərçivəsində vergi ödəmələri bankomatlarla bank kartları vasitəsilə həyata keçiriləcək.

Proqramın fəaliyyəti çərçivəsində "195" telefon xidmətinin fəaliyyətini genişləndirmək planlaşdırılıb. Bu telefon xidməti əhalinin ondan pulsuz və ya güzəştli tariflə istifadə etməsi üçün ərazi vergi orqanlarında tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti