...

DAK GAMOH-u inhisarçılıqda ittiham edir

Siyasət Materials 16 Fevral 2007 12:27 (UTC +04:00)

DAK Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təkbaşına Güney adından çıxış etməsini və Avropada qaldırdığı təşkilat bayrağını Güney Bayrağı kimi təqdim etməsini yanlış sayır. Trend in məlumatına görə, bu fikirlər Dünya Azərbaycanlıları Konqresinin (DAK) yaydığı rəsmi bəyanatdandır.

Bəyanatda bildirilir ki, diaspor sahəsində 10 illik fəaliyyəti zamanı DAK dəfələrlə BMT-də, Avropanın müxtəlif strukturlarında görüşər keçirib, 2000-ci ildə BMT-nin üst orqanlarında rəsmi görüşlərdən sonra bu mötəbər təşkilat 30 milyonluq Güney Azərbaycan türklərini rəsmən qəbul edib: "Lakin DAK hər zaman bir qurumun bütöv millətə yiyələnməsinin və millət adından hər hansı rəsmi və ya qeyri-rəsmi beynəlxalq təşkilatlarda imza atmasının əleyhinə olub. Azərbaycan Milli Hərəkatının əsas amalı Güneyin istiqlalıdır və bunu hansısa təşkilatın meylinə qurban verməyəcək"-deyə bəyanatında DAK GAMOH-u ittiham edib.

Həmçinin bildirilib ki, GAMOH-un UNPO-ya (BMT yanında təmsiçiliyi Olmayan Xalqlar Təşkilatı) müraciətini millətdən, milli qurumlardan bir il gizli saxlaması onun inhisarçı olduğunu göstərir: "Böyük Güneyin milli hərəkatını kiçik qurum içinə sığdırmaq, təşkilat bayrağını beynəlxalq bayraq kimi nümayiş etdirmək, qurum rəhbərini böyük bir hərəkatın lideri kimi tanıtdırmaq, Güney Hərəkatını irançı hərəkət səviyəsinə endirmək, uzun tarixi olan Güneyin milli qurtuluş hərəkatının tarixini özünün 1995-96-ci illərdə yaranma tarixinə bağlamaq və başqa bu kimi xətalar doktor Çöhrəqanlının özbaşınalığının nəticəsidir"-deyə sənəddə vurğulanıb.

Xəbər lenti

Xəbər lenti