...

Azərbaycanın Ukraynadakı səfiri Krım-tatar xalqı Məclisinin rəhbərliyini Azərbaycan-Türkiyə diaspor təşkilatlarının I Forumuna dəvət edib

Siyasət Materials 16 Fevral 2007 16:30 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfiri Krım-tatar xalqı Məclisinin rəhbərliyini Azərbaycan-Türkiyə diaspor təşkilatlarının I Forumuna dəvət edib

Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Krım-tatar xalqı Məclisinin rəhbərliyini martın 9-da Bakıda keçiriləcək Azərbaycan və Türkiyə diaspor təşkilatlarının I Forumuna dəvət edib. Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə Krım tatarları Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Səfir Krım səfəri zamanı dəvətnamələri Krım-tatar xalqı Məclisinin sədri, millət vəkili Mustafa Cəmilova və onun birinci müavini, millət vəkili Refat Çubarova təqdim edib. Diplomat bildirib ki, beynəlxalq türk qurultayı Azərbaycan prezidentinin və Türkiyənin baş nazirinin hamiliyi altında keçirilir və ona M.Cəmilovun və R.Çubarovun bu konfransın işində iştirak etməsi üçün rəsmi dəvətnamələri təqdim etmək həvalə olunub.

Məclisin lideri öz növbəsində Azərbaycanın Ukraynadakı səfirinə Krım-tatar milli hərəkatının aktivisti Ayşə Seytmuratovun 70 illik yubileyi münasibətilə fevralın 17-də Simferopolda Krım-tatar teatrında keçiriləcək təntənəli tədbirdə iştirak etmək üçün dəvətnamə verib.

Bundan başqa, görüş zamanı tərəflər Krımda cari ictimai-siyasi vəziyyəti müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti