...

Azərbaycan DİN çevik alay dəstəsi və Xətai rayonunun bütün polisləri sabah gücləndirilmiş rejimdə işləyəcək

Siyasət Materials 17 Fevral 2007 13:16 (UTC +04:00)

Fevralın 18-də saat 16.00-dan 18.00-a qədər Musavat Partiyasının icazəsiz mitinqi ilə əlaqədar Xətai rayonu polis idarəsinin bütün əməkdaşları və DİN çevik alay dəstəsinin 200-dən artıq polisi "Həzi Aslanov" metrostansiyasından "Ukrayna dairəsi"nə qədər olan yola nəzarət edəcək.

Bu barədə Trend ə Bakı şəhəri Baş Polis İdarəsindən bildiriblər.

Mitinq Xətai rayonu 35-ci polis şöbəsinin ərazisində keçiriləcək. Qeyd edək ki, mitinq Azərbaycanda qiymətlərin qalxmasına etiraz olaraq təşkil edilib.

Xəbər lenti

Xəbər lenti