...

Naxçıvanda himn və marşlardan ibarət ilk kompakt disk buraxılıb

Siyasət Materials 19 Fevral 2007 14:04 (UTC +04:00)

Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında himn və marşların yer aldığı kompakt disk buraxılıb. Bu barədə Trend in Naxçıvan Bürosuna Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin ifasında ərsəyə gətirilmiş kompakt-diskdə 13 hərbi marş təqdim olunur. Bununla yanaşı diskə Heydər Əliyev adına hərbi lisey kursantlarının ifasında marş da əlavə edilib.

Qeyd edək ki, "İlkin" səsyazma studiyasının istehsalı olan kompakt diskin təqdimat mərasimi Naxçıvan şəhərindəki "Gənclik Mərkəzi"ndə keçirilib. Tədbirdə regiounun mədəniyyət müəssisələrindən, eləcə də Respublika tabeli mədəniyyət ocaqlarından nümayəndələr iştirak edib. Tədbirdə həmçinin uşaq musiqi məktəblərində nəfəsli alətlər şöbələrinin fəaliyyətlərinin genişləndirilməsi, Hərbi Orkestrə ixtisaslı musiqiçilərin cəlb edilməsi məsələləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti