...

Azərbaycan İpoteka Fondu təxminən 350 kredit təqdim edib

Siyasət Materials 22 Fevral 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / 2006-cı ilin martından başlayaraq Azərbaycan İpoteka Fondu (AİF) 9 200 000 manat həcmində 348 kredit təqdim edib. Cümə axşamı Fonddan bildiriblər ki, 2 400 000 manat həcmində 111 kredit yenidən maliyyələşdirilib.

Fond 23 səlahiyyətli bank təşkilatı vasitəsilə ipoteka kreditləri təqdim edir. 2006-cı ildə dövlət büdcəsindən AİF üçün 26 mln. manat, cari ilin büdcəsindən isə 20 mln. manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti