...

Asəf Hacıyevin rəhbərlik etdiyi QİƏMP nümayəndə heyəti Avropa Parlamentində keçiriləcək dinləmələrdə iştirak edəcək

Siyasət Materials 24 Fevral 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏPM) vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Asəf Hacıyev Avropa Parlamentinin rəsmiləri ilə keçiriləcək görüşlərdə iştirak etmək üçün fevralın 25-dən martın 2-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşlərin keçirilməsində məqsəd Qara dəniz regionu çərçivəsində Avropa qonşuluq siyasətini genişləndirmək, QİƏPM ilə Avpora Parlamenti arasında əməkdaşlığı dərinləşdirməkdir. Tədbirlərdə Cənubi Qafqaz Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində əlaqələrin inkişafı, demokratiyanın və insan hüquqlarının durumu, enerji sahəsində xarici siyasət məsələləri müzakirə olunacaq.

Avropa Parlamentində keçiriləcək dinləmələrdə Asəf Hacıyevin başçılıq etdiyi QİƏPM nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə qurumun digər vitse-prezidenti Konstantinos Aqorastos (Yunanıstan) və beynəlxalq katibliyin baş katibinin müavini Aleksandr Furman daxildir.

Xəbər lenti

Xəbər lenti