...

Müsavat Məclisində boş olan yerlərə seçki keçiriləcək

Siyasət Materials 5 Mart 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müsavat Məclisində boş olan yerlərə seçki keçiriləcək. Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib ki, rəhbərlik etdiyi sturukturda xeyli boş yer var: "Divanın növbəti iclasında bu barədə qərar qəbul olunacaq."

S.Əkbər qeyd edib ki, Müsavat Məclisinin növbəti iclası martın sonlarında keçiriləcək. Amma konkret tarix Diavanın toplantısında müəyyənləşdiriləcək.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti