...

Azərbaycan prezidenti bir neçə ölkə səfirinin etimadnamələrini qəbul edib

Siyasət Materials 5 Mart 2007 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev bir neçə ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib. Bu barədə Trend xəbər verir. Hindistanın, İsveçrənin, Xorvatiyanın, Tayilandın, Sloveniyanın, Bosniya-Hesoqovinanın, Qətərin, Argentinanın, Macarıstanın səfirləri etimadnamələrini Azərbaycan prezidentinə təqdim edərək təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildiriblər.

İlham Əliyev səfirlərə fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti