...

Liberal Partiyanın lideri Lalə Şövkət Norveç səfiri ilə görüşüb

Siyasət Materials 7 Mart 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, professor Lalə Şövkət marın 7-də Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Con Ramberqlə görüşüb. Bu barədə Azərbaycan Liberal Partiyasından məlumat verilib.

Görüşdə Azərbaycandakı ictimai-siyasi və iqtisadi vəziyyət, söz və mətbuat azadlığının, insan haqlarının durumu, ölkəmizin Avroatlantik məkana inteqrasiyasının perspektivi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, keçmiş dövlət katibi Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" blokunun həmsədridir.

Xəbər lenti

Xəbər lenti