...

Azərbaycan prezidentinin Tacikistana rəsmi səfəri çərçivəsində 11 ikitərəfli sənəd imzalanacaq

Siyasət Materials 13 Mart 2007 12:10 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Azərbaycan prezidenti İlham Əliyevin 15-16 mart tarixində Tacikistana rəsmi səfəri çərçivəsində 11 sənəd imzalanacaq. Tacikistan XİN idarəsinin rəisi Rüstəm Dodocanovun məlumatına əsasən, sənədlərin layihələri iki ölkə hökumətinin ekspertlərinin görüşündə razılaşdırılıb və imzalanmağa hazırdır. Ekspertlər tərəfindən aşağıdakı müqavilə layihələri razılaşdırılıb: investisiyaların təşviqi və birgə investisiyaların mühafizəsi, turizm, gömrük, vizasız gediş, mədəniyyət və incəsənət, hava rabitəsi, dəmir yolu nəqliyyatı, avtomobil rabitəsi, standartlaşdırma, metrologiya və sertifikatlaşdırma, ticarət-iqtisadi əməkdaşlıq sahələri. Dodocanovun məlumatına əsasən, səfər çərçivəsində iki dövlət başçısı "Azərbaycan və Tacikistan arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalayacaq. Tacikistan həmçinin Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması və Bakı-Düşənbə avia reysinin açılması təşəbbüsü ilə çıxış edəcək. Bu məsələ qarşıdan gələn danışıqlarda müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti