...

Azərbaycan prezidenti Tacikistana yola düşüb

Siyasət Materials 15 Mart 2007 10:36 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Azərbaycan prezidenti İlham Əliyev rəsmi səfərlə Tacikistana yola düşüb. Bu barədə dövlət başçısının İcra Apparatından məlumat verilib. Səfər çərçivəsində prezident Əliyev həmkarı İmoməli Raxmonovla görüşəcək, Azərbaycan və Tacikistan arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlıq perspektivlərini müzakirə edəcək. Danışıqların yekununda 11 ikitərəfli sənədin imzalanması planlaşdırılır. Sənədlər arasında dövlət başçılarının imzalayacağı "Azərbaycan və Tacikistan arasında dostluq və əməkdaşlıq haqqında" Müqavilə də var.

Xəbər lenti

Xəbər lenti