...

Bir neçə rayona yeni prokurorlar təyin olunub

Siyasət Materials 19 Mart 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K. Zərbalıyeva/ Prokurorluq sistemində yeni təyinatlar olub. Baş Prokurorluqdan Trend ə verilən məlumata görə, Bakının Əzizbəyov və Respublikanın Kürdəmir rayon prokurorluqlarına yeni prokurorlar təyin olunub. Baş prokurorun əmri ilə sabiq spiker Murtuz Ələsgərovun oğlu Fəxri Ələsgərov Əzizbəyov, Nurəddin Qasımov isə Kürdəmir rayon prokuroru təyin olunub. Baş Prokurorluqdan bildirilir ki, həmin vəzifələr uzun müddətdir ki, boş idi və prokurorların səlahiyyətlərini onların müavinləri həyata keçiridi.

Təyinatdan öncə Ələsgərov Əzizbəyov rayon prokurorunun müavini, Qasımov isə Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq kimi çalışırdı.

Xəbər lenti

Xəbər lenti