...

İsveçrə diplomatik ofisinin rəhbəri: "İsveçrə Azərbaycanla partnyorluqda maraqlıdır"

Siyasət Materials 29 Mart 2007 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İsveçrənin Bakıdakı diplomatik nümayəndəliyi ölkələri bir-birinə yaxından tanıtmağı, təbliğ etməyi qarşısına məqsəd qoyub. Bu barədə İsveçrənin Azərbaycandakı diplomatik ofisinin rəhbəri rəhbəri Tomas Mayer açıqlama verib.

O, martın 29-da keçirdiyi mətbuat konfransında bildirib ki, diplomatik nümayəndəlik Azərbaycanla əsasən ikitərfəli əməkdaşlıq, iqtisadiyyat, özəl sektor, energetika, miqrasiya, həmçinin əczaçılıq, mədəniyyət sahələri üzrə əlaqələr qurmaq niyyətindədir. T.Mayer qeyd edib ki, hər iki ölkənin ictimaiyyəti bir-biri haqqında yetərli səviyyədə məlumatlı deyil. Buna görə də diplomatik ofis iki ölkənin mədəni irsini bir-birinə təbliğ etməyi nəzərdə tutur: "İsveçrə Azərbaycanda investisiyai mühitinin inkişaf etməsinə yardımçı ola bilər. Biz Azərbaycanla partnyorluqda maraqlıyıq".

Xəbər lenti

Xəbər lenti