...

Tərəfdarları Rəsul Quliyevi ADP-yə sədr seçəcək

Siyasət Materials 3 Aprel 2007 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S.İlhamqızı/Akif Şahbazovun rəhbərliyi ilə aprelin 14-də keçiriləcək Azərbaycan Demokrat Partiyasının (ADP) 9-cu qurultayında Rəsul Quliyev sədr seçiləcək. Bu barədə Akif Şahbazov məlumat verib.

O bildirib ki, partiyanın sədrliyinə Rəsul Quliyevə alternativ olan namizəd yoxdur.

Şahbazovun sözlərinə görə, ADP iki yerə ayrıldığından və hər iki tərəf bu ada iddia etdiyindən onların qurultayında partiyanın adının dəyişdirilməsi istisna deyil: "Amma ADP adından keçiriləcək hər iki qurultayın legitim olacağını Ədliyyə Nazirliyi müəyyən edəcək", deyə Şahbazov bildirib.

Müxalifəti təmsil edən ADP-nin siyasi kursunda dəyişiklik edilməsi ilə bağlı qərarından sonra partiya iki yerə - Sərdar Cəlaloğlu və Rəsul Quliyevin tərəfdarlarına bölünüb. Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti