...

MTN narkotika qaçaqmalçılığı ilə məşgul olan daha bir mütəşəkkil dəstəni zərərsizləşdirdi

Siyasət Materials 3 Aprel 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İran-Azərbaycan-Rusiya-Yaponiya marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Dəstə üzvlərindən 68 kiloqrama yaxın narkotik vasitələr götürülüb.MTN-in İctimai Əlaqələr Mərkəzindən Trend ə çərşənbə axşamı verilən məlumata görə, Cəlilabad sakini Daşqın Cavadov, Əli Bayramlı sakinləri Çingiz Əliyev və onun qardaşı Röyam Əliyev, Yusif Qaraxanov, Yardımlı sakini Rafiq Tağıyev, Əli Bayramlı şəhərində anadan olub, müvəqqəti olaraq Bakı şəhərində məskunlaşmış Bəxtiyar Hüseynov, hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran İslam Respublikasının vətəndaşları və başqa şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitəni satış üçün qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriblər.

Müəyyən edilib ki, Daşqın Cavadov Rafiq Tağıyevə İran vətəndaşlarına narkotik vasitələr sifariş etməyi və əldə edəcəyi narkotikləri ona çatdırmağı tapşırıb. Rafiq Tağıyev Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindənkənar Yardımlı rayonunun Astanlı kəndində qaçaq yolla İran vətəndaşlarından əldə etdiyi narkotik vasitələri Cəlilabad şəhərində Daşqın Cavadova çatdırıb. Sonuncu da həmin narkotikləri Çingiz və Röyam Əliyev qardaşlarına təhvil verib. Məlum olub ki, Əliyev qardaşları onlara verilən narkotik vasitələri realizə edilməsi üçün bir qayda olaraq, müxtəlif şəxslərdən kuryer qismində istifadə etməklə Rusiyanın Pyatiqorsk şəhərində yaşayan bacıları Xuraman Əlizadəyə göndərirmişlər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində növbəti narkotiklərin həmin ünvana çatdırılması baş tutmayıb, mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Cinayətkar dəstənin üzvləri yaxalanarkən, onlara məxsus avtomaşından və evlərdən ümumi çəkisi 67 kiloqram 414 qram olan narkotik vasitə götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb, cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb, cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti