...

Gürcüstan parlamentinin sədri Azərbaycanla sərhdlərin delimitasiyası ilə bağlı bəyanatlar verməkdən çəkinməyə çağırıb

Siyasət Materials 11 Aprel 2007 18:27 (UTC +04:00)
Gürcüstan parlamentinin sədri Azərbaycanla sərhdlərin delimitasiyası ilə bağlı bəyanatlar verməkdən çəkinməyə çağırıb

Gürcüstan parlamentinin sədri Nino Burcanadze parlamentin bu günkü iclasında siyasi qüvvələri Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərində süni gərginliyə səbəb ola biləcək sərhədlərin delimitasiyası ilə bağlı bəyanatlardan çəkinməyə çağırıb.

Civil Georgia-nın verdiyi xəbərə görə, Tiflis və Bakı "David Qareci" monastrının da daxil olduğu Azərbaycan və Gürcüstan arasında razılaşdırılmamış 35% sərhədyanı ərazi ilə bağlı danışıqları davam etdirir.

Müxalifət partiyası olan "Mühafizəkarlar" hesab edirlər ki, hökumət "David Qareci" kompleksinin yerləşdiyi sərhədyanı ərazi ilə bağlı müəyyən güzəştlərə gedə bilər.

"Hamını Gürcüstanın mədəni irsinin siyasi razılaşmanın predmeti ola biləcəyi kimi bəyanatları verilməsindən çəkinməyə çağırıram",-deyə Nino Burcanadze bəyan edib. Onun sözlərinə görə, hökumət istənilən maraqlı şəxsə sərhədlərin delimitasiyası ilə birgə komissiyanın apardığı müzakirələrlə bağlı məlumat verə bilər.

"Azərbaycan bizim bir-birinin keçmiş və gələcək maraqlarına hörmətlə yanaşdığımız strateji tərəfdaşımızdır. Onların da bizimlə münasibətləri bu prinsiplərə əsaslanır və buna görə də xüsusi əhəmiyyəti olmayan məsələləri şişirtmək lazım deyil",-deyə Nino burcanavdze bildirib.

Xəbər lenti

Xəbər lenti